Erotik məzmunlu videolardan asılılıq artır

789
Erotik məzmunlu videolardan asılılıq artır

Pornoqrafik videolara ilk baxışın orta yaş həddi 11 yaşa çatıb.

Mynews.az xəbər verir ki, bu barədə “Culture Reframed” tədqiqat təşkilatı “Chicago Tribune” nəşriyyatında hissə-hissə nəşr olunan məqalələrində məlumat verib.

Yetkinlik yaşına çatmayanlar arasında erotik məzmunlu videolardan asılılıq artır.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, porno vasitəsilə yayılan məşhur damğalar – sərt seks, zorakılıq, qadınların obyektə çevrilməsi, özünü idarə edə bilməyən heyvan kimi kişi obrazı uşaqlarda dünyagörüşünü düzgün formalaşdırmaya bilər.

Gənclər depressiya və erektil disfunksiya ilə üzləşə bilərlər, çünki real qadınlara deyil, ancaq ekranda gördükləri qızlara meyil göstərəcəklər. Bununla yanaşı, yeniyetmələrin böyük bir hissəsi (94%-dən çoxu) 14 yaşında artıq daimi porno izləyicisi olurlar.

Böyüklər üçün videoların internetdə yayılması və onun uşaqlar üçün əlçatan olması, yeniyetmələr arasında pornoasılılığı artırıb. Keçmiş “narkoman” Devid Peysli (David Paisley) deyir ki, onun ilk noutbuku olan kimi ailəsi hiss edib ki, o, daima yorğun görünür.

O, boynuna alıb ki, səhər saat 3-4-ə kimi yatmır, çünki pornoya baxır, yuxusuzluqdan sonra isə məktəbə gedir, evə qayıdan kimi kompüterinin yanına qaçır.

29 yaşlı Peysli izah edir ki, uşaqlıqda bu asılılıq onu tamamilə udmuşdu və bununla mübarizə aparmaq çox çətin idi:

“Bu yaşda sən o qədər bununla doyursan ki, nə edəcəyini bilmirsən. Bu, axı əvvəllər hiss etdiklərinə bənzəmir”.

“Culture Reframed”in rəhbəri Geyl Dayns (Gail Dines) fərz edir ki, pornoqrafiya insan seksuallığını məhv edir. Sosioloq saytlara giriş üçün yaş məhdudiyyətinin qoyulması fikrilə tam razıdır.

“Pornoya baxan uşaqların yaşı az olduqca, onların qadınlara və qızlara həvəsi də azalır, çox güman ki, onlar bu zəmində seksual cinayətlər törədəcəklər”, - o iddia edir.

Tədqiqat Britaniya hökumətinin pornosayt izləyicilərinin yaş həddinin yoxlanılması təşəbbüsündən ilhamlanaraq aparılıb. Müvafiq girişi əldə etmək üçün vətəndaşlar “Age Checked” milli nəzarət sistemində qeydiyyat vəsiqəsi yaratmalıdırlar. Amerikalı fəallar güman edirlər ki, ABŞ-a da eyni yoxlanış mexanizmi lazımdır.

Xəbər lenti