“Ölkə.Az” xəbər verir ki, Sofiya üzü, əlləri və ayaqlarında deformasiyalarla doğulub. 1 yaşında isə uşağa Rett sindromu diaqnozu qoyulub. O, ömrünü ailəsinə möhtac şəkildə yaşamalıdır.
Lakin o, xoşbəxt olmasına rəğmən internet istifadəçiləri Sofiyaya həqarət edir və uşağın ölməli olduqlarını yazır.
Anası Natali isə bu internet istifadəçilərinə qarşı hərəkat başladıb. O, CNN-ə verdiyi müsahibəsində uşağının bu günə kimi 22 əməliyyat keçirdiyini, aparatlara bağlı şəkildə yaşadığını deyib. Ana bütün bunlara baxmayaraq qızının mükəmməl olduğunu, amma internetdə bəzi istifadəçilərin ağıza alınmayacaq dərəcədə pis sözlər işlətdiyini də vurğulayıb.
İnternetdə qızına və uşağına qarşı təhqirlərə alışmış Natali “İnsanlar incitmək üçün əllərindən gələni edir. Məndən uşağımı öldürməyimi və onu belə yaşayışdan xilas etməyimi istəyirlər” deyib.
Lakin onu ən çox qəzəbləndirən şey abortun yaxşı bir şey olduğunu ifadə edən tvit olub. Qadın qızı ilə birlikdə fotosunu paylaşaraq və medianın gücündən istifadə edərək hərəkat başladıb. O, insanlardan təhqir dolu tviti şikayət etmələrini istəyib.
Bütün bunlardan sonra tvitterin məsul şəxsləri Natalidən üzr istəyib və şikayət edilən tvit silinib. Tviti atan hesab isə tamamilə bağlanıb.
Tvitter artıq fiziki məhdudiyyətli şəxslərə qarşı təhdid və nifrət dolu fikirlərin də qadağalar arasına salındığını açıqlayıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub