Dünya şöhrətli opera müğənnisi Anna Netrebko, onun həyat yoldaşı azərbaycanlı tenor Yusif Eyvazov və bir yaşlı oğlu Tyaqo Londonda teatrdan qovulublar.
Mynews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə “Ələddin” müziklinin başlamasına bir neçə dəqiqə qalmış baş verib.
Məlum olub ki, ailəyə satılan biletlər digər tamaşaçılara da satılıb. Nəticədə tamaşa başlayan zaman onlara teatrın əməkdaşları yaxınlaşıblar və zalı tərk etməyi xahiş ediblər.
“Şounun başlmasına beş dəqiqə qalmış bizi teatrdan qovdular. Bizim biletləri başqa tamaşaçılara da satıblar. Dünən 600 avroya aldığımız biletlər keçərsiz oldu”, - Anna Netrebko sosial şəbəkələrdə yazıb.
Opera ifaçısı sonradan biletlərə görə pulunu geri aldığını bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub