Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlarla bağlı yeni fərman imzalayacaq.
Mynews.az-ın istipress-ə istinadən verdiyi xəbərdə bildirilir ki, fərmana əsasən, bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyulacaq.
Qadağanın hansı müddətə qədər davam edəcəyi məlum deyil.
Xatırladaq ki, əvvəlki fərman, sadəcə müsəlman ölkələrdən gələn miqrantlara şamil olunurdu və ABŞ-da qaçqınların yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tuturdu.