Gürcüctanın DİN-nin mətbuat xidmətinin məlumatına görə, Tkibulidəki Mindeli adına kömürçıxarma mədənində altı nəfər həlak olub, 3 nəfər nəfər xəsarət alıb.
“Əvvəlcədən alınan məlumata görə, mədənin tunellərindən birində divarın deformasiyası baş verib və bunun nəticəsində tavan çöküb”, - mətbuat xidməti bildirib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, altı nəfər işçi hadisə nəticəsində yerindəcə ölüb.
Onlardan ən cavanının 26, ən yaşlısının 59 yaşı olub.
Xəsarət almış daha üç nəfər isə xəstəxanaya çatdırılıb.
“Hazırda hadisə yerində olan fəhlələr təhlükəsiz yerə çatdırılıblar”, - Gürcüstan DİN məlumat yayıb.
Baş verən hadisə ilə əlaqədar beş ilə qədər azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu, “dağ, tikinti və digər işlərin aparılmasında, insan ölümü və ya digər ağır nəticələrə gətirib çıxaran təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə təhqiqat başlayıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub