Almaniyada yaşayan 34 yaşlı Pakistan vətəndaşı dəhşətli cinayət törədib.
Adı Sohail A olaraq qeyd olunan kişi həyat yoldaşını cəzalandırmaq üçün ayzaşlı qızının başını kəsib.
Sohail həyat yoldaşının onu polisə verməyinə və qızını Pakistana aparmağa qoymadığına əsəbləşib və 2 yaşlı qızının başını mətbəx bıçağı ilə bədənindən ayırıb.
Polislər ilə birlikdə Hamburq şəhərindəki evinə qayıdan qadın qızını başsız vəziyyətdə görəndə dəhşətə gəlib.
Qızını öldürən ata saxta pasportla İspaniyaya qaçıb. Lakin 1 həftə sonra ispan polislər tərəfindən saxlanılan Sohail Almaniyaya deportasiya edilib.
Bu gün Sohailin məhkəməsi keçirilib. O, qızını öldürdüyünü etiraf edib və bunu arvadına əsəbləşdiyinə görə etdiyini dilə gətirib.
Qeyd edək ki, Sohail 2011-ci ildə Pakistandan Almaniyaya gələrək sığınacaq istəyib. Bir neçə ay sonra onun ərizəsi qəbul edilməyib və deportasiya edilməsi qeyd olunub. Lakin, onu deportasiya edən olmayıb. O, bu ərəfədə xanımı ilə tanış olub və 2 övladı dünyaya gəlib.
milli.az



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub