Qəzza bölgəsində ötən həftə baş vermiş qanlı toqquşmalardan sonra fələstinli fəallar yenidən İsrail sərhədinə yürüş etmək qərarına gəlib.
Oxu.Az “BBC”yə istinadən xəbər verir ki, əsasən fələstinli gənclərdən ibarət etirazçıların keçirdiyi yürüşdə İsrail hərbçiləri ilə qarşıdurma yaşanıb.
İsrail əsgərləri atəş açaraq azı üç fələstinlini qətlə yetirib.
İsrail hərbi komandanlığı əmin edir ki, əsgərlər yalnız İsrail-Qəzza sərhədində olan divarı sökməyə çalışan fəallara atəş açıb.
“Böyük qayıdış” yürüşü iştirakçılarının İsrail hökumətindən əsas tələbi, fələstinli qaçqınların öz doğma vətənlərinə qayıtmalarıdır.
İsrail yaranmış gərginliyə görə, “Həmas” hərəkatını günahlandırır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub