Ermənistan paytaxtının "qadağan olunmuş meyvə”ləri
İrandan çoxu etnik azərbaycanlılar olan turistlərin Ermənistana səfərinin əsas məqsədi görməli yerlərə səfər deyil, elementar seks turizmdir.
İstiPress-in məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan «ArmenianReport» portalında dərc olunmuş "Bizə bu cür turist lazım deyil!” başlıqlı məqalədə bildirilir.
"Onlara yüngül əxlaqlı qadınlar lazımdır. Məhz buna görə Novruz günlərində İrəvan bar və kafelərində İran kişilərində tərpənmək olmurdu. Ətrafları ya sevgi məlaikələri ilə dolu olurdu, ya da ki bu məlaikələrdən axtarırdılar”,- deyə məqalədə vurğulanır.
Əslində "ArmenianReport” portalı İranın "RealIran.Net” saytında Ermənistanda turizm üçün şərait olmaması barədə yazılan məqaləyə cavab verib. İran saytı isə iranlıları Ermənistana getməməyə çağırıb: "Niyə Ermənistana getməklə taleyinizi və məzuniyyətinizi risk altında qoyursunuz? Onsuz da erməni "qonaqpərvərliyi” sizi məyus edəcək və gələn il istər-istəməz Azərbaycana gedəcəksiniz. Niyə elə bəribaşdan özünüz üçün təhlükəsiz turizm istiqaməti seçmirsiniz?” deyə İran saytı iranlılara tövsiyyələrə verib.
Bu məqalənin rəsmi İran rəhbərliyinin tövsiyyəsi ilə yazıldığını düşünən "ArmenianReport” həm də açıq göstərməsə də, bir qədər təəccüblə İrandan Ermənistana gedən turistlərin sayının artdığını göstərir: 2016-cı ildə bu ölkədən Ermənistana 190 min, 2017-ci ildə 220 min turist gedib, bu il üçünsə rəqəmlərin 250 min ətrafında olacağı vurğulanır.
Yəni erməni müəllif özü də anlaya bilmir ki, niyə Ermənistanda turizmin səviyyəsi bu qədər məyusedici olduğu halda, iranlı gənclərin İrəvana axını ildən ilə artır. Səbəb birdir və erməni müəllifi onun cavabını özü verib - bu, seks turizmlə bağlıdır. İranda bu növ turizm qadağandır və bu ölkədə siğənin sərbəst olması ilə bağlı deyilənlər də uydurmadır: Evlənməmiş gənclər siğə etdirə bilməz, evlilərdə isə siğə etdirilən qadının adı möhürlə şəxsiyyət vəsiqəsinə qeyd edilir, buna həm də evdəki qadının, yəni rəsmi xanımın razılığı olmalıdır. Təbii ki, belə olan halda iranlı gənclər İrəvanda qeyri-rəsmi siğəyə daha çox üstünlük verirlər. İranda «qadağan olan meyvəyə» İrəvanda çox rahat nail olmaq mümkündür.

1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub