Türkiyənin Adıyaman əyalətində yaşayan ailənin övladı Trabzonda yaşayan ailənin övladı ilə səhv düşüb.
Publika.az xəbər verir ki, hər iki ailənin doğum üçün müraciət etdiyi İstanbulun Gaziosmanpaşa rayonundakı özəl xəstəxanalardan birində qarışıqlıq düşüb. 4 il əvvəl doğulan uşaqlar ailələrinə səhv verilib.
Boşanma ərəfəsində olan trabzonlu cütlük arvadının ona xəyanət etdiyini düşünərək uşağa DNT testi elətdirib. Testin nəticələrindən təəccüblənən ailə həmin xəstəxanaya müraciət edib. Xəstəxana şikayət qarşısında eyni ildə burada doğum keçirmiş adıyamanlı ailəni də İstanbula dəvət edib.
Uşaqlardan alınan DNT testi nəticəsində ailələr dəqiqləşsə də, başqa problem yaranıb. Adıyamanlı ailə boşanma ərəfəsində olan trabzonlu cütlüyə uşaqlarını verməkdən imtina edib.
Ailələr xəstəxananı təzminat tələbilə məhkəməyə verilblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub