Bu, mənim indiyə qədər gördüyüm ən dəhşətli cinayət yeri idi.
Bu sözləri Nyu-Yorkun Monroe rayonunun şerifi Todd K Baxter söyləyib.
Amerikada Hanane Mouhib adlı 36 yaşlı qadın 10 yaşlı oğlunun başını kəsməkdə günahlandırılır.
Hadisə yerinə gedən şerif jurnalistlərə oranı təsvir edib:
"Oraya gedəndə qadının əlində qanlı bıçaq var idi. O, təslim olmaq istəmirdi. Daha sonra müavinlərin 10 yaşlı Abraamı can verən halda tapıblar. Onun kürəyinə bir neçə dəfə bıçaq zərbəsi endirilmişdi, boğazı isə kəsilmişdi".
O bildirib ki, hadisənin səbəbi araşdırılır.
Qeyd edək ki, Hanane Mouhib adlı qadın bir neçə həftə əvvəl psixoloji problemlərinin olması ilə bağlı 911-dən kömək istəyib.
milli.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub