Arvadını və iki oğlunu öldürdü: 14 yaşlı ögey qızını zorladı Açıqlaması heyrətləndirdi - VİDEO

841
Arvadını və iki oğlunu öldürdü: 14 yaşlı ögey qızını zorladı Açıqlaması heyrətləndirdi - VİDEO

Türkiyənin Təkirdağ vilayətində həbsdən çıxan ögey ata arvadı və qadının birinci evliliyindən olan iki oğlunu öldürüb və qaçırdığı qızını zorlayıb.

Mynews.az milli.az-a istinadən xəbər verir ki, saxlanılan cinayətkar ifadəsində əməlini soyuqqanlılıqla etiraf edib. Şübhəli arvadını ona "pəzəvəng" dediyi üçün öldürdüyünü, qaçırdığı 14 yaşlı ögey qızına da meşəlik ərazidə təcavüz etdiyini boynuna alıb.

Təxminən 4 ay öncə "fahişəliyə vasitəçilik etmək" əməlindən həbs olunan Hayati Belli ilə arvadı Güzel Belli bir həftə öncə həbsxanadan çıxıblar. Ailənin yaşadığı evdədünən hələlik məlum olmayan səbəblərdən mübahisə düşüb.

Mübahisə zamanı Hayati Belli əlinə aldığı sərt bir əşya ilə Güzel Belli və qadının əvvəlki evliliyindən olan oğulları Ardınç ilə Arda Edirneyə zərbə endirib. Ardınca üçünü də boğaraq öldürüb. Hayati Belli dəhşətli qətlin ardınca arvadının digər evliliyindən olan Melisa Y.-ni qaçırıb.

Bellinin idarə etdiyi avtomobil kameralar ilə təqib edilib.

Polis yerini təyin etdiyi Hayati Bellini yaxalayaraq Melisa Y.-ni xilas edib.

Qatil ər arvadı və ögey oğlanlarını öldürdükdən sonra cəsədləri yaşadıqları evin bağçasında yerləşən boş evə daşıdığını deyib:

"Səhər Melisa oyandı. Ona anası ilə mübahisə etdiyimizi və iki qardaşını da götürüb, evi tərk etdiyini söylədim. Birlikdə maşına minib, gəzməyə çıxdıq. Meşəlik əraziyə gedib, maşından düşdük. Bir müddət sonra Melisaya anasını və qardaşlarını öldürdüyümü söylədim. Mənə hər şeyi danış dedim. Melisa mənə anasının onu fahişəliyə məcbur etdiyini bildirdi. Mən də orada Melisanı zorladım".

Xəbər lenti