Mütəxəssislər Rusiyada "An-148" təyyarəsinin qəzaya uğraması zamanı həlak olan Azərbaycan vətəndaşının meyitini müəyyən edib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, meyit yaxınlarına təhvil verilib və dəfn olunmaq üçün təyyarə ilə yola salınıb.
Qeyd edilib ki, bu, həmin qəzadan sonra tapılan ilk meyitdir.
Orenburq vilayətinin qubernatoru deyib ki, həlak olanların meyitlərinin DNT analizi bir aydan çox vaxt aparacaq.
Xatırladaq ki, fevralın 11-də Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub