Mark Zukerberq elə şeylər danışdı ki... "Peşmanam, səhv etdim, üzr istəyirəm"

933
Mark Zukerberq elə şeylər danışdı ki... "Peşmanam, səhv etdim, üzr istəyirəm"

Böyük Britaniyanın “Cambridge Analytica” firmasının əlinə keçirdiyi 87 milyon "Facebook" istifadəçisinə aid şəxsi məlumatlar tarixin ən böyük siyasi-sosial media münaqişəsini orataya çıxarıb.

Metbuat.az bildirir ki, “Facebook”un qurucusu Mark Zukerberq bütün məsuliyyəti öz üzərinə götürərək, bu gün ABŞ Senatı qarşısında ifadə verib. Zukerberq açıqlamasında peşman olduğunu bildirib. 2.2 milyard insanın şəxsi məlumatına sahib olan “Facebook” bu məlumatların bir qismini başda ABŞ-da keçirilən 2016-cı il prezident seçkiləri və İngiltərədə “Brexit” səsvermələrində araşdırma aparan şirkətlərə satıb.

Şəxsi məlumatların siyasi məqsədlər üçün icazəsiz olaraq istifadə edilməsi tarixdə ilk dəfə rast gəlinən hadisə idi. “Facebook” bu məlumatları heç bir icazə olmadan “Cambridge Analytica” şirkətinə verdi. Zukerberq texnologiya rəhbərlərinin onun haqqında “diktator və oğru” kimi ifadələrinə cavab olaraq bütün məsuliyyəti öz üzərinə götürdü və könüllü şəkildə ifadə verəcəyini açıqladı.

Zukerberq ABŞ Senatı və Ticarət Komissiyası qarşısında özünü müdafiə etdi

Ədliyyə Komitəsinin Sədri, Respublikaçı Senator Chuck Grassley məsələ ilə bağlı açıqlamasında “Facebook”un gəlirləri məsləsinə toxunaraq, informasiyanın məqsədli reklamlar vasitəsilə satılması məsələsini ortaya çıxarıb.

Zukerberq “Cambridge Analytica” qalmaqalından sonra böyük göstəricilərə nail olan bütün əməliyyatları dayandırdıqları, bununla bağlı istintaqın başladığını da əlavə edib:

"Bu böyük səhvdi. Mənim səhvimdir, üzr istəyirəm".

ABŞ seçkilərinə Rusiya müdaxiləsi, cəmiyyəti qütbləşdirən və Donald Trampa qələbə qazandıran reklamlar olub. Zükerberq şirkətin təhlükəsizlik məsələləri ilə bağlı 2018-ci ildə 20 minə yaxın şəxsi işə götürəcəyini qeyd edib:

““Cambridge Analytica” şirkəti 2015-ci ildə bütün məlumatları sildiyini deyəndə, hər şeyin bağlandığını sandıq. Amma onların sözünə güvənməməliydik. Bu səbəblə, Federal Ticarət Komissiyasına məlumat vermədik. Daha sonra 2016-cı ildə prezident seçkilərinə müdaxilə etməyə və yalnış məlumat yaymağa çalışacaq saxta hesabları daha yaxşı müəyyənləşdirəcək proqramlar hazırladıq”.

Ölkələrin seçkilərinə və daxili quruluşuna başqa ölkələrin müdaxilə etməsi əngəllənir

ABŞ seçkilərinə təsir edən Rusiya dəstəkli müdaxilələr saxta hesablar və tanınmayan agentliklər tərəfindən verilən reklamlar nəticəsində yaranmışdı. On minlərlə saxta hesab və irqçilik, fərdi silahlanma, Trumpın vədlərinə uyğun reklamlar, rəqib namizədləri alçaldıcı məzmunlar, yalan xəbərlər məhz bu agentliklər tərəfindən yayımlanmışdı.

Bu vəziyyətin qarşısını almaq üçün Zukerberq bundan sonrakı siyasi reklamların yalnız təsdiqlənmiş mənbələrdən verəcəyini vurğulayıb. Bundan sonra siyasi reklamlar ancaq şəxsiyyəti təsdiq edilmiş şəxslər və kompaniya rəhbərləri tərəfindən veriləcək.

Xəbər lenti