Qalmaqallı rusiyalı siyasətçi, RLDP lideri Vladimir Jirinovski yenə çıxışında Azərbaycanın adını çəkib.
Mynews.az Virtual.org-a istinadən xəbər verir ki, Jirinovski bu dəfə həmkarı, majoritar sistem üzrə Dövlət Dumasına seçilən məşhur teleaparıcı Oksana Puşkinanı tənqid edərkən onu “Azərbaycana qanunsuz səfər etməkdə” günahlandırıb.
Jirinovskinin bildirdiyinə görə, Oksana Puşkina birmandatlı dairədən seçildiyi üçün dövlət hesabına ancaq öz seçildiyi dairə ərazisində səfərlər edə bilər.
“Oksana Puşkina Azərbaycana və Severodvinskə səfərləri ilə deputat statusunu pozub, çünki o ancaq öz seçildiyi dairədə işləməlidir. Belə səfərləri ancaq öz hesabına, özü də qeyri-iş günləri edə bilər”, - Jirinovski deyib.
RLDP lideri qadın deputat haqda çıxışını davam etdirərək deyib ki, ona birinci hücum etmək istəmirdi. “Bunu sən başladın”, - o deyib.
Oksana Puşkina NTV-də Jirinovskini tənqid edib, onun oğlu İqor Lebedevin də Dövlət Dumasının deputatı olduğunu yada salıb.
Jirinovski buna cavab olaraq deyib ki, sıravi deputat Dövlət Dumasında fraksiya liderini tənqid edə bilməz. Üstəlik, onun oğlu bu gün-sabah baba olacaq və övladlar ancaq yetkinlik yaşına çatmayana qədər kiminsə uşaqları hesab oluna bilərlər. Yetkinlik yaşına çatandan sonra onlar müstəqil adam olurlar.
Oksana Puşkina fevralın 24-də Bakıda “Sputnik Azərbaycan” beynəlxalq mətbuat mərkəzində “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 ili” mövzusunda keçirilən tədbirə qatılıb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub