ABŞ-ın Suriyaya raket zərbələri birbaşa təcavüz aktıdır və bütün dünyanın müharibəyə cəlb edilməsidir.
Mynews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Dövlət Dumasının spikeri Vyaçeslav Volodin jurnalistlərə söyləyib.
"Birləşmiş Ştatlar suveren dövlətə təcavüz edərək beynəlxalq hüquq normalarından kənar hərəkət edir. Bu hərəkətlər birmənalı olaraq təcavüzdür. Əməliyyatlara Avropa ölkələrinin cəlb edilməsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. ABŞ dünyanı müharibəyə cəlb edir. Onlar dayandırmaq lazımdır”, - Rusiya parlamentin aşağı palatasının başçısı deyib.
Onun sözlərinə görə, Suriya zərbərlər beynəlxalq terrorizmlə mübarizə üzrə səylərə mənfi təsir göstərəcək:
"Zərbə altında yalnız Suriyanın xalqı deyil, həm də başqa ölkələr, ilk növbədə Avropa ölkələri qalacaq”.
Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı, həmçinin "Ağ kaskalar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi bildirirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil. Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izləri tapmayıblar.
Bu gün isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı hadisə yerində işə başlamalı idilər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub