Rusiyanın Krasnoyarsk rayonunda əlində bıçaq olan şəxs mağazada satıcı işləyən 28 yaşlı qadına təcavüz etmək istəyib.
Mynews.az Milli.Az-a istinadla xəbər verir ki, mağazada qadının tək olduğunu görən kişi onun üzərinə hücum edib, bıçaqla hədələyib və qadını zorlamağa çalışıb.
Qadın təcavüzdən son anda xilas olub. Belə ki, yoldan keçənlərdən biri səsləri eşidib və təcavüzkarı döyüb. O, döydüyü kişinin əl-qolunu dostunun köməkliyi ilə bağlayıb, sonra da polis çağırıb.
Həmin anlar mağazanın təhlükəsizlik kamerasına düşüb.
Qadın ifadəsində bildirib ki, kişiyə onu buraxması üçün xeyli pul təklif etsə də, o, bundan imtina edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub