Ermənistanın paytaxtı Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.
Mynews.az-n Oxu.Az-a istinadən məlumatına görə, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.
Etirazçı tələbələr dərsə girməyərək, oturaq aksiya keçiriblər və Yerevanın Baqramyan prospektini bağlayıblar.
Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic olub və polis aksiya iştirakçılarını yolu açmağa çağırıb.
Tələbələr isə bu tələbə məhəl qoymayıblar və bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub