Ermənistanın idarəçi koalisiyasına daxil olan Respublika və “Daşnaksütun” partiyaları keçmiş prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüblər.
Mynews.az xəbər verir ki, bu barədə bazar ertəsi erməni parlamentinin vitse-spikeri, Ermənistan Respublika Partiyasının icraedici orqanının üzvü Eduard Şarmazanov jurnalistlərə bildirib.
“Hazırda qüvvədə olan qaydaya görə, ERP və Daşnaksütun Sarkisyanın namizədliyini irəli sürüb, sabah Ermənistan Respublika partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan fraksiyanın adından öz namizədliyini irəli sürəcək, biz onu qanunda təyin olunmuş qaydada müzakirə edəcəyik və səs verəcəyik”, - Şarmazanov deyib.
Xatırladaq ki, son günlər Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı polislə toqquşma ilə müşayiət olunan müxtəlif etiraz aksiyaları baş verir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub