Almaniyada qatarda təcavüz hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, Münhendən "Bavariya" ilə oyundan qayıdan Mönhenqladbax "Borussiya"sının futbolçularının da olduğu qatarda bir qıza təcavüz edilib. Bu səbəbdən qatardakı bütün sərnişinlər polis nəzarətinə götürülüb.
Bonn şəhərindən olan 19 yaşlı qız polisə təcavüzlə bağlı məlumat verib. "Flörsheim am Main" stansiyasında qatar saxlanılıb. Yerli polis əməkdaşları qatar Mönhenqladbaxa çatana kimi bütün sərnişinləri yoxlayıb. Daha sonra hamının şəxsiyyəti təsdiq edən sənədi toplanıb və hadisənin baş verdiyi qatarda polis araşdırma aparıb.
Bir nəfər şübhəli qismində saxlanılsa da, polis əlavə məlumat verməyib. (publika.az)

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub