Ana 7 yaşlı oğlunu hamamda boğdu.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, hadisə Ukraynada baş verib. 28 yaşlı qadın oğlunu hamamda yuyunduran zaman anidən boğmağa başlayıb. Daha sonra isə cəsədi vannada qoyub və evdən çıxıb. Hadisə barədə polisə yanlış informasiya verən qadın, oğlunun çimən zaman yıxılaraq boğulduğunu deyib. Lakin bu gün qadın şübhəli qismində saxlanılıb.
Məlum olub ki, qadının ciddi psixoloji problemləri olub. O dəfələrlə uşağını öldürməyə cəhd edib, lakin son anda qonşuluqda yaşayan qadın baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb. Bu dəfə isə qadına mane olmaq mümkün olmayıb.
Polis cəsədin ekspertizaya göndərilməsini tələb edib. Ekspertizanın nəticələrinə görə isə uşağın boğaz nahiyyəsində və çiynində əziklər aşkarlanıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub