Ermənistanın keçmiş prezidenti və hazırda baş nazir postuna namizəd olan Serj Sarkisyan Yeravandakı etiraz aksiyalarından danışıb.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu haqda Parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı paytaxtda baş verən qarşıdurmalara aydınlıq gətirib.
Bildirib ki, il ərzində baş verən prosesləri nəzərə alaraq, bəzi dövlət proqramlarında düzəlişlər ediləcək:
“Burada proqrama dair detallar irəli sürməyəcəyəm. İlk olaraq hökumət Ermənistan Respublikaçı Partiyası və Daşnaqsütyun Partiyası proqramını reallaşdıracaq. Bu bir il müddətində prosesləri nəzərə alaraq, düzəlişlər ediləcək. Bunlara dair daha ətraflı təqdimatlar üçün vasitələr olacaq.
Təhlükəsizliyin bir nömrəli problem olaraq qalmağa davam etdiyini qeyd edən Sarkisyan Artsax probleminin dincliklə həllinə yönələn mövqeyinin dəyişmədiyini və Erməni Ordusunun israrlı şəkildə güclənməsi və modernləşməsinin vacib məsələlərdən biri olduğunu vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub