Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.
Mynews.az xəbər verir ki, 105 deputatdan 90 nəfər iclasda iştirak edir.
Qalan 15 deputat iclasa qatılmayıb.
Milli Məclisin spikeri Ara Babolyanın çıxış nitqi ilə başlayan iclasda Ermənistanın eks-prezidenti və hazırda baş nazir postuna yeganə namizəd Serj Sarkisyan millət vəkillərinin suallarına cavab verir.
O, çıxışında ötən il Azərbaycan və Ermənistan arasında baş tutan Aprel döyüşləri haqqında da danışıb.
Sarkisyan bildirib ki, Azərbaycanın münaqişəni güc yolu ilə həll etmək fikrindən daşınacağına ümid etmirlər:
“Aprel döyüşləri həm süpriz idi, həm də deyildi. Biz ümid etməməliyik ki, Azərbaycan hökuməti Qarabağ problemini güc yolu ilə həll etmək fikrindən daşınacaq. Bunun üçün də Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi üçün yeni silahların alınması və özümüzün silah istehsal etməyimiz məsələsinə xüsusi diqqət yetirmək lazımdır”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub