Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri olub.
Mmynews.az report-a istinadən xəbər verir ki, aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.
S.Sarqsyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan "Daşnaksütyun" Partiyasından ibarət koalisiya irəli sürüb.
Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi "Çıxış" müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıblar. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.
Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarqsyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarkisyanın lehinə, 17-si isə əleyhinə səs verib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub