Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə (erkən seçimə - red.) gedə bilər.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, seçkilərə gedib-getməməklə bağlı qərar Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğanla ittifaq ortağı olan MHP lideri Dövlət Baxçalı arasında bu gün günorta saatlarında keçiriləcək görüşdə veriləcək.
Qeyd edək ki, görüş təklifi Ərdoğandan gəlib.
Onu da vurğulamaq lazımdır ki, Baxçalı dünən MHP-nin TBMM-dəki növbəti qrup toplantısında çıxışı zamanı gözlənilmədən iqtidarı və ittifaq ortağı olan Ərdoğanı növbədənkənar prezident və parlament seçkiləri keçirməyə çağırıb.
O deyib ki, türk və Türkiyə düşmənlərinə birdəfəlik sarsıdıcı zərbə vurmaq üçün 2019-cu ilin 3 noyabr tarixində keçiriləcək seçkilər bu ilin avqustun 26-na təyin edilsin.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub