Antaliyada evinə qədər yola salmaq adı ilə avtomobilinə mindirdiyi S.T. (30) adlı qadına bıçaq gücünə təcavüz etdiyi deyilən Ali Akgül (40) həbs olunub.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, 7 aprel günü Ali Akgül maşını ilə gedərkən yol kənarı ilə addımlayan S.T.-nin yanına yaxınlaşıb, evinə ötürməyi təklifi edib. Maşına minən S.T.-ni Doğuyaka Məhəlləsində boş bir əraziyə aparan Ali Akgül maşının qapılarını bağlayıb və bıçaqla qorxudaraq qadını zorlayıb.
Ali Akgülün istəklərini qəbul etməyən S.T.-ni döyüb, maşından yerə atıb. Ətrafdakıların diqqətini çəkən S.T. çağırılan təcili yardımla Akdeniz Universiteti Xəstəxanasına çatdırılaraq nəzarətə götürülüb.
Polislər olayla bağlı istintaqa başlayıblar. Ərazidəki kameraların görüntülərini yoxlayan polislər şübhəlinin Ali Akgül olduğunu müəyyən ediblər. Saxlanılan Ali Akgül məhkəmənin qərarı ilə həbs olunub,
.jpg)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub