İraq hərbi hava qüvvələri Suriyada İŞİD yaraqlılarına aid mövqeləri bombalayıb.
Oxu.Az xəbər verir ki, bunu İraq müdafiə nazirliyinin rəsmisi Tahsin əl-Həfəci “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.
“Hava zərbələri dəqiq olub və Suriya ərazisində Fərat çayının şərq sahilində olan rayonlara cəmləşmiş İŞİD yaraqlılarını və onların komanda məntəqəsini məhv edib.”, - deyə rəsmi bildirib.
Onun sözlərinə görə, hava reydləri Rusiya, İran və Suriyanın daxil olduğu birgə təhlükəsizlik mərkəzi ilə əlaqələndirilib.
Terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatının “Telegram” kanalına görə, əməliyyata İraq HHQ-nin 9-cu eskadrilyasının “F-161Q” qırıcıları cəlb olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub