Keçmiş hərbçi qızı şantaj edir "Ya mənlə olacaqsan, ya da..." - FOTO

950
Keçmiş hərbçi qızı şantaj edir "Ya mənlə olacaqsan, ya da..." - FOTO

ABŞ Dəniz Qüvvələrində keçmiş, yaxud da hələ vəzifəsinin başında olan qadın əsgərlərin kişi əsgər sevgililəri ilə çılpaq fotolarının paylaşıldığı ortaya çıxıb.

Facebook-da təxminən 30 min üzvü olduğu bildirilən "Marines United", yəni "Dəniz Qüvvələri Birliyi" qrupu ABŞ-da böyük bir qalmaqalla imza atıb. 

Milli.Az haberler-ə istinadən xəbər verir ki, ABŞ dəniz piyadalarının adının çəkildiyi çılpaq foto qalmaqalı qurbanlarından ilk dəfə bir açıqlama gəlib. 2 qızdan biri evdən çölə çıxmaq istəmədiyini deyib, digəri ona gələn mesajda seks qarşılığı şantaj edildiyini bildirib.

Kelsie Stone ABŞ dəniz piyadalarında xidmət edən oğlan tanışından 2016-cı ildə ayrılmışdı. Ancaq ayrılıq sonrası gənc qadın həyatının şokunu yaşayıb. Çünki keçmiş sevgilisi onun çılpaq fotolarını bir anda "Marines United"in Facebook səhifəsində paylaşıb.

"İntiqam pornosu" olaraq adlandırılan qorxunc olaydan sonra dəniz qüvvələrində barmenlik edən qız: "Evdən çölə çıxmaq belə istəmirəm. Mən burada böyümüşəm. Hər kəs məni tanıyır. Fotoları görənlər məni tanıyacaq deyə qorxuram", - deyib.

 

"Marine Korps Times" qəzetinə danışan digər "qurban"sa 2010-ci ildə dəniz birliyində olan Elle Audradır. Gənc qadın indi modellik edir. Elle Audra isə bir gün bir şəxsdən qorxunc bir mesaj alıb. Mesajda şantajçı əlində çılpaq fotolarının olduğunu, onunla birlikdə olmayacağı təqdirdə fotoları yayacağını deyib.

Dəniz Ədliyyə İstintaq Birliyi qalmaqallı olayla əlaqədar istintaqa başlayıb. Dindirilmə zamanı zəzərçəkmiş qismində olan qadınların çılpaq fotolarını kimin ya da kimlərin paylaşdığının müəyyən edilməsinə başlanılıb.

Xəbər lenti