İraqda parlament seçkiləri ərəfəsində bir gənc millət vəkilliyinə namizədin şəklini öpdüyü üçün ölkədə qarışıqlıq yaranıb.
İraqda Əl-Məcatim tayfasından olan bir gənc Ənsar əl-Haq tayfasının deputatlığa namizədi Hedba əl-Həsnavinin afişasını öpüb və qeyri-etik ifadə işlətdiyi videosunu sosial şəbəkə hesabında paylaşıb.
O, namizədin rəsmini öpdüyü videoda, "Əgər səsimi sənə verməsəm, anama, atama lənət olsun. Bu dodaqların gözəlliyinə bax. Maşallah, maşallah", ifadəsini işlədib.
Qadın namizədin tayfası gənci Əl-Məcatim tayfasına qaytarmaq qarşılığında 40 milyon dinar (təxminən 33 min dollar) pul tələb ediblər.
Hedba əl-Həsnavi sosial şəbəkədə verdiyi açıqlamada məsələyə belə münasibət bildirib:
"Bəziləri seçkilərə kölgə salmaq üçün həmin gənci qızışdıraraq yönləndiriblər. Mənə qarşı edilənlərə baxmayaraq, yoluma davam edirəm. Qanunu bilməyənlərə qanunu öyrədəcəyik".
Gəncin ailəsi millət vəkilliyinə namizəddən üzr istəyib və pul qarşılığında məsələ həll olunub. Oğlanın atası mətbuata açıqlamasında bildirib ki, pulun miqdarı simvolik bir şey idi:
"Qarşı tayfa haqlıdır və cəza vermə haqqına sahibdir. Buna baxmayaraq intiqam yolunu seçmədikləri üçün təşəkkür edirik".
Məlumata görə ailə məsələnin bağlanması üçün qarşı tərəfə 100 milyon dinar (təxminən 82 min dollar) cərimə ödəyib.
qaynarinfo
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub