Üçmüədzində “Erkrapa” terrorçular birliyi sədrinin müavini, 46 yaşlı Nver Ovannisyana qarşı sui-qəsd təşkil olunub.
Mynews.az bununla bağlı Shamshyan.com-a istinadla xəbər verir.
Ovannisyan hücum zamanı aldığı bıçaq xəsarəti nəticəsində ölüb.
Hadisə Aramavir vilayətində baş verib. O, yerli vaxtla 18:50-də Vaqarşapat tibb mərkəzinə çatdırılıb.
Qeyd edək ki, “Erkrapa” qruplaşmasının üzvləri Dağlıq Qarabağda dəfələrlə diversiya və teraktlar törədib.
1990-cı ildə erməni terrorçu Monte Melkonyan kəşfiyyat-təxribat fəaliyyəti üzrə təlimatçı qismində Ermənistana gəlib və Dağlıq Qarabağda terror aktları törətmək üçün burada “Erkrapa” birliyinin nümayəndələri ilə görüşüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub