Gürcüstanın Kaspi rayonunun Ferma kəndində yaşayan Allahverdiyevlər ailəsinin evinə silahlı basqın etmiş şəxslər saxlanılıblar.
Mynews.az APA-ya istinadən xəbər verir ki, həyata keçirilmiş operativ əməliyyat-istintaq tədbirləri nəticəsində 1969 və 1986-cı il təvəllüdlü şəxslər Ağayan kəndində saxlanılıb.
Saxlanılan şəxslərin birinin evində axtarış zamanı narkotik vasitə və lüləsi kəsik ov tüfəngi aşkar olunub. Cinayətkar dəstə üzvlərinin oğurladıqları qızıl və digər əşyalar müsadirə olunub. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Allahverdiyevlər ailəsinin evinə aprelin 24-də gecə saatlarında silahlı basqın olub. Ailə üzvlərinə silahla hədə-qorxu gəlmiş basqınçılar evdən 5 min lariyə yaxın pul və zinət əşyaları aparıblar.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub