Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlamentdə 105 deputatdan 53-nün səsini qazansa, ölkənin baş naziri olacaq.
Mynews.az TASS agentliyinə istinadla xəbər verir ki, Paşinyan artıq 40 parlamentari tərəfindən dəstəklənir.
Bununla bağlı “Yelk” (Çıxış) partiyasından olan deputat Edmon Marukyan məlumat verib.
“Paşinyan baş nazir olmaq üçün 53 deputatın səsini qazanmalıdır. 13 deputatın səsi lazımdır. Fikrimcə, biz bu səsləri qazana biləcəyik”, - Marukyan deyib.
O qeyd edib ki, “Yelk” partiyası rəsmi şəkildə Paşinyanın namizədliyini irəli sürmək niyyətindədir.
Ermənistanın Respublika Partiyası parlamentdə 58, “Yelk” 9, “Daşnaksütyun” 7, “Tsarukyan” isə 31 mandata sahibdir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub