Mənə pul verdilər və dedilər ki, bazara gedim, orada özümü partladım. Belə göstəriş almışdım.
Nigeriyanın Mayduquri şəhərinin mərkəzində, bazarda polisin saxladığı 14 yaşlı qız belə deyib. Polis bu qızın "canlı bomba" olduğunu deyir, çünki qızın belinə içinə partladıcı maddə doldurulmuş qurşaq bağlanmışdı.
Milli.Az Sky News-a istinadən bildirir ki, qızın dediyinə görə, tapşırığı "Boko Haram" terror təşkilatlarının mənsublarından alıb. Qıza bazarda, alış-verişin gur vaxtında özünü partlatmaq üçün "ödəniş" qismində 200 nair (təqribən 40 dollar) də verilibmiş.
Qız polisdə bildirib ki, tapşırıq alsa da, özünü partlatmaqdan qorxub. Üç gün gözləyib və üç gündən sonra "Boko Haram"ın mənsubu qızın yaşadığı evə yollanaraq tapşırığın niyə yerinə yetirilmədiyini soruşub.
Naçar qalmış qız belinə "canlı bomba" qurşağı bağlayaraq bazara yollanıb.
İŞİD-ə "sədaqət andı" içmiş "Boko Haram" Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən terror təşkilatıdır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub