Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Biricit Makronu qarşılama mərasimində Donald Tramp və həyat yoldaşı Melaniya Tramp arasında əl-ələ tutmaq üstündə kriz yaşanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, foto çəkilişi zamanı D.Tramp həıyat yoldaşının əlini tutmaq istəsə də, M.Tramp bu istəyi geri çevirib.
Bir neçə cəhddən sonra əl-ələ tutmağa razı olub. Qırmızı xalçada yürüyən zaman isə halından razı olmadığını bədən dili ilə nümayiş etdirib. Xalçadan keçdikdən dərhal sonra isə əlini buraxıb və iki addım arxadan gedərək yoluna davam edib.
Xatırladaq ki, Melaniya Tramp 2017-ci ildə İsrailə səfər zamanı Donald Trampın əlini tutmaqdan imtina etmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub