Ermənistanda müxalifətin vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb.
Mynews.az TASS agentliyinə istinadla xəbər verir ki, etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar.
Onlar Nikol Paşinyanın baş nazir olmasını tələb edirlər.
“Respublika Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, - etiraz aksiyalarının liderlərindən biri olan David Sanasaryan deyib.
Zvartnots aeroportuna gedən yol tamamilə qapadılıb.
Kütləvi aksiyalar Ermənistanın bir neçə şəhərində də bərpa edilib. “Aravot” qəzetinin məlumatına görə, hazırda Gümrünün Vardanants meydanına yüzlərlə insan yığışıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub