İngiltərədə “Traydent” Nüvə Proqramı çərçivəsində boş raket sınağı uğursuzluqla nəticələnib.
Mynews.az Axar.az-a istinadən xəbər verir ki, hadisə iyun ayında ABŞ-ın Florida ştatı sahillərində baş verib.
Nüvə sualtı qayığından atılan boş “Traydent” raketi Afrikanın qərb sahilində müəyyən olunmuş hədəfə doğru istiqamətlənmək əvəzinə ABŞ-a doğru uçub.
“Sandi Tayms”ın yaydığı bu xəbər ölkədə birmənalı qarşılanmayıb. Nüvə silahlarının ləğvini tələb edən bir qrup siyasətçi İngiltərə hökumətini bu sahədə aparılan araşdırmalara son qoymağa çağırıb.
Ötən gün BBC-nin qonağı olan Baş nazir Tereza Mey məsələyə münasibət bildirməkdən çəkinib. Baş nazir jurnalist Andrey Marrın hadisədən xəbəri olub-olmadığına dair 4 dəfə soruşduğu suala dəqiq bir cavab verməyib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub