İstanbulda 14 yaşında özündən 10 yaş böyük oğlanla zorla evləndirilən qadını əri zəhərləyərək öldürmək istəyib.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər şey 18 illik evlilik boyu zorakılığa məruz qalan Qürbət. E. adlı qadının boşanmaq istədiyini bildirməsi ilə başlayıb.
Üç uşaq anası Qürbət. E. yemək, Çingiz. E. isə təmizlik firmasında çalışırmış. 18 il ərzində məruz qaldığı fiziki və psixoloji zorakılıq boşanma iddiasının açılması ilə daha da artıb. Ailə Məhkəməsindən Kriminal Məhkəməyə qədər uzanan hadisələr zənciri də bundan sonra başlanıb.
Boşanmaq istəməyən Çingiz. E. arvadını üzünə nitrat turşusu tökməklə hədələyib. Çingiz. E. 2016-cı il aprelin 8-də işə getmək üçün hazırlaşan Qürbət E.-yə qəhvə hazırlayıb. Ancaq qəhvədən şübhələnən gənc qadın dilini qəhvəyə vuranda nəfəsi tutulub. Yerdə qıvrılan qadına ilk müdaxiləni də Çingiz. E. göstərib. Həyat yoldaşının qusmasına kömək edib.
Evdən çətinliklə çıxan gənc qadın mindiyi taksinin sürücüsünə “ölsəm səlahiyyətlilərə zəhərləndiyimi söylə” deyib. Ancaq həyatda qalmağı bacaran qadın müalicədən sonra evə qayıdıb. Səhəri gün çox sevdiyi dikdaban ayaqqabısını geymək istəyəndə ayaqqabının əridiyini fərq edib. Bunun səbəbinin turşu ola biləcəyini düşünən Qürbət. E.-nin şikayəti ilə Çingiz. E. həbs olunub.
Tibbi ekspertiza qadının mədəsində turşu olduğunu müəyyən edib. Çingiz. E. polisə verdiyi ifadəsində, qəhvəni hazırladığını, ancaq zəhərli maddəni özünün qoymadığını söyləyib. Onun iddiasına görə, ev alaraq həyat yoldaşının adına keçirib və bundan sonra həyat yoldaşının davranışlarında dəyişiklik olub.
Ancaq cütlüyün böyük qızı Ö. E. anasına qarşı edilən zorakılığı danışıb: “Atam daha əvvəl turşunu anamın üzünə tökəcəyini söyləmişdi. Anamı döyürdü. Qorumaq istəyəndə isə məni də döyürdü” deyib.
Həyat yoldaşının onun bədəninə son 5 ildir zərər verdiyini bildirən Qürbət. E. evlilik boyu çox işgəncələr gördüyünü deyib: “Məni zəhərlədikdən 15 gün sonra evə gəldi. Mətbəxə apararaq “Məqsədim səni ömür boyu iflic etmək və bir daha çölə çıxarmamaq idi. Peşmanam, boşanmaq istədim” söyləyib. Ondan şikayətçiyəm”.