İngiltərənin İctimai İşlər və Hökümət Naziri olan, Mühafizəkarlar partiyasının millət vəkili Dominik Raabın 20 yaşlı müavini və katibəsinin zəngin kişilərlə pul qarşılığında cinsi münasibətə girmək üçün bir saytda bazarlıq etdiyi ortaya çıxıb.
Mynews.az xəbər verir ki, iddiaların ortaya atılmasından sonra İngiltərənin məşhur "Daily Mirror" qəzetinin müxbirləri nazir müavini ilə əlaqə saxlayıblar. Jurnalistlərlə münasibət üçün bazarlığa başlayan qadının əxlaqsızlığı ortaya çıxıb.
Nazir müavini müştəri kimi özlərini tanıdan jurnalistlərə sadəcə 5 ulduzlu oteldə münasibətə girə biləcəklərini və əgər istəyirlərsə, nazirin stolunun üstündə də bu işi həyata keçirə biləcəklərini amma bunun qarşılığında 750 pound istədiyini söyləyib. Gənc qadın bir gün tutduğu işin ortaya çıxması ilə qovulacağının onun üçün maraqlı təcrübə olacağını da bildirib.
Müavin müştəri qismində olan jurnalistlərə məqsədinin ayda 5000 pound (14 min manat) qazanmaq olduğunu bildirib. Qadın həmçinin müştərilərinə nazirin hər addımını izlədiyini və istədiyi zaman onu təhdid edə biləcəyini söyləyib. Hadisənin ortaya çıxması ilə nazrilikdə araşdırma başladılıb. (GoldNews.Az)
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub