Türkiyənin Mersin vilayətində bar sahibinin cəsədi zibil paketinin içindən parçalanmış halda tapılıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki 24 apreldə "İşə gedirəm" deyərək evdən çıxan İbrahim Ateşin telefonundan dünən səhər saatlarında həyat yoldaşı Ümmügülsüm Ateşə "İşim uzanacaq. Məndən narahat olmayın. Bir problem olsa, işçim Mesuta de. Mesutdan başqasına güvənmə" şəklində mesaj yazılıb.
Arvadının "Haradasan?" sualına İbrahim Ateşin telefonundan "Ankaradayam, işim bitən kimi gələcəm, kassaya Mesut baxsın demişdim" cavabı gəlib. Bu mesajlaşmalardan sonra əri ilə telefonla əlaqə yarada bilməyən Ümmügülsüm Ateş şübhələnib, polisə gedib.
İbrahim Ateşin gedə biləcəyi yerləri araşdıran polis Ateşin işlətdiyi barda da axtarışlar aparıb. İstintaq sonrası Ateşin cəsədi, başı və qolları vücudundan ayrılmış, bir zibil paketi içərisinə yığılmış halda tapılıb.
Hadisədən sonra polis Ümmügülsüm Ateşin telefonuna gələn mesaj, iş yerində çalışanların ifadələri və iş yerinin təhlükəsizlik kameralarının yoxlanılması zamanı İbrahim Ateşi yanında işləyən Mesut S.-nin törətdiyini aşkar edib. Mesut S. dərhal polisin əməliyyatı nəticəsində saxlanılıb.
Mesut S.-nin barda çalışan Alev (şərti adı) adlı B.U. adlı qadından qarşılıqsız xoşu gəldiyi, qadının bu vəziyyəti bar sahibi İbrahim Ateşə bildirdiyi üzə çıxıb. Mesut S.-ni işdən çıxarmağı planlaşdıran Ateş bunu digər işçilərə söyləyəndə hadisədən xəbərdar olan Mesut S.-nin qətli törətdiyi təsdiqini tapıb.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub