İsveçin məşhur "Svenska Dagbladet" qəzeti vəliəhd şahzadə Viktoriyanın təcavüzə məruz qaldığını ortaya çıxarıb.
Qəzetdə bununla bağlı yayımlanan məqalədən sonra ölkə bir-birinə dəyib.
Belə ki, ötən aylarda Hollivud rejissoru Hervey Veinsteynin aktrisaları cinsi istismar etməsi ilə bağlı ortaya çıxan xəbərlərin ardından bütün dünyada "#metoo" həştəqi ilə təcavüzə məruz qalan qadınlara dəstək aksiyası başladılmış və sözügedən kampaniyaya İsveç şahzadəsi Viktoriya da qoşulmuşdu.
Onun dəstək aksiyasına qatılmasından sonra təcavüzə məruz qaldığı ilə bağlı iddialar ortaya atılıb.
İsveçin ən çox oxunan "Svenska Dagbladet" qəzetinə danışan 3 nəfər ölkənin tanınmış fotoqrafı Jan Kloud Arnaultun şahzadəni cinsi istismar etdiyini söyləyiblər.
Son zamanlarda Nobel mükafatını verən İsveç Akademiyasında baş vermiş qalmaqaldan sonra ortaya çıxan bu iddialar ölkəni bir-birinə qatıb. Belə ki, Arnault barəsində yayılan təcavüz ittihamlarının ardından İsveç Akademiyasının üzvü olan həyat yoldaşının vəzifədən istefası tələb olunub, lakin səsvermədə əleyhinə kifayət qədər səs verilmədiyi üçün vəzifəsində qalıb. Bu səbəbdən Akademiyanın 3 digər üzvü işdən çıxıblar.
İsveç mətbuatına danışan rəsmilər Arnaultun şahzadə Viktoriyaya 2006-cı ildə təcavüz etdiyini desələr də, kraliyət ailəsindən bununla bağlı hələlik heç bir açıqlama verilməyib.
Kraliyət ailəsinin sözçüsü Marqarita Zorgen yazılanlarla bağlı bunları deyib:
"Mətbuatda çıxan iddialar qorxuncdur. Kraliyət ailəsi "#metoo" kampaniyasına dəstək vermişdi, lakin mətbuatdakı iddialara şərh verməyim mümkün deyil".
mənbə: qaynarinfo
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub