“Yelk” (Çıxış) partiyasının lideri Nikol Paşinyan aprelin 30-dan etibarən aksiyaların dayandırılacağını və parlamentdə müzakirələrin başlanacağını açıqlayıb.
Mynews.az bununla bağlı Oxu.az-a istinadla xəbər verir.
Onun sözlərinə görə, aprelin 30-da parlamentin bütün fraksiyaları ilə vacib görüşlər keçirəcək.
“Əgər respublikanın müxtəlif rayonlarında aksiyalar keçirilsə, mən kabinetimdə rahat işləyə bilərəm.
Bu gün biz fasilə elan edirik və heç bir aksiya keçirməyəcəyik. Mən Respublika Partiyasının deputatları ilə bütün telefon əlaqələrinin kəsilməsinə çağırıram.
İlkin razılaşmaya əsasən, mən bu gündən sizin adınızdan baş nazir postuna namizəd kimi onlarla görüşəcəm”, - Paşinyan deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub