Ötən axşam Suriyanın müxtəlif rayonlarındakı hökumət qüvvələrinə və iranlı milislərə məxsus hərbi bazalar raket hücumuna məruz qalıb.
Mynews.az xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatı raketlərin Hama şəhərindən qərbdəki 47-ci briqadanın baş qərargahına, eləcə də, Hələb aeroportunun yaxınlığındakı bazalara atıldığını açıqlayıb.
Məlumatlara görə, partlayış səsləri Hama şəhərindən 60 kilometr şimal-şərqdəki Nahar al-Bard bazasından da eşidilib. Partlayışlar zamanı onlarla insan həlak olub və yaralanıb.
Suriya dövlət mediyası hücumların İsrail tərəfindən həyata keçirilə biləcəyi ilə bağlı məlumat yayıb. İsrail Silahlı Qüvvələrinin nümayəndələri hadisələri şərh etmir.
Bundan əvvəl İsrail müdafiə naziri Aviqdor Liberman demişdi ki, İsrail Suriyadakı hərbi əməliyyatlara haqq qazandırır.
“Biz Rusiyanın olduğu yerlərə hücum etmək və Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik”, - Liberman bildirib. O qeyd edib ki, İsrailin əsas problemi İrandır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub