Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının fərmanında deyilir.
“30 aprel 2018-ci ildə Donetsk və Luqansk vilayətlərinin ərazilərində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyat başa çatır. Biz indi ərazi bütövlüyü və müstəqilliyin təminatı üçün Ukraynanın Silahlı qüvvələrinin rəhbərliyi altında hərbi əməliyyata başlayırıq”, – fərmanda qeyd edilib.
Xatırladaq ki, bu ilin yanvarında Ali Rada Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edib. Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb. Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub