USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu

21:31 30.04.2018
Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu
21:31 30.04.2018

Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüsserinin ideyası onları pis vəziyyətdə qoyub.

Oxu.Az xəbər verir ki, Sarqsyan “Rag’n’Bone” qrupunun “Human” hitini ifa edib.

Çıxış zamanı müğənninin arxa fonunda müxtəlif ölkələrin daxili siyasi həyatındakı kadrlar nümayiş olunub. Kadrlar arasında Ukraynadakı “Maydan”dan, Ermənistandakı Məxməri İnqilabdan görüntülər yerləşdirilib.

Ancaq çıxışın sonuna yaxın erməni ifaçı Azərbaycan bayrağı fonunda ifasını bitirib. Həmçinin, sonda kadrlarda Azərbaycan bayrağının rənglərinin əks olunduğu #human həştəqi də görünür.

Srbuinin komandası bu məsələdə təşkilatçıları ittiham ediblər.

Qısa müddət sonra video “Youtube”dan silinib.

Srbui Sarqsyanın çıxını əks etdirən görüntüləri təqdim edirik:


Xəbər lenti