Bu gün səhər saatlarında yüzlərlə insan Ermənistanda baş nazir seçkilərinin böyük ekranlarda canlı yayımlanacağı Yerevanın mərkəzi Respublika Meydanına toplaşıb.
Mynews.az xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb.
Baş nazir postuna yeganə namizəd olan “Yelk” (Çıxış) partiyasının lideri Nikol Paşinyan “Facebook” hesabında bəyan edib ki, Respublika Partiyası seçkiləri pozmaq qərarına gəlib.
“Bizə indi məlumat verdilər ki, Serj Sarkisyanın başçılığı ilə Respublika Partiyası iclas keçirərək, seçkiləri pozmaq qərarına gəliblər.
Mən sizin hamınızı səhər erkən saatlardan Respublika Meydanına toplaşmağa və Serj Sarkisyanın növbəti planına qarşı çıxmağa çağırıram”, - Paşinyan deyib.
Paşinyan bu posta namizədliyini parlamentdə doqquz mandata sahib “Yelk” partiyasından irəli sürüb. “Tsarukyan” (31 deputat) və “Daşnaksütyun” (yeddi deputat) partiyaları Paşinyanı dəstəkləyəcəklərinə söz veriblər.
Paşinyan seçkilərdə qələbə qazanmaq üçün 58 deputatın səsini qazanmalıdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub