Ermənistanın ərazi idarəsi və inkişaf nazirinin müavini Varazdat Karapetyan ölkədə yaranmış vəziyyətlə əlaqədar istefa verib.
Mynews.az report-a istinadən xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
"Belə vəziyyətə biganə qala bilməzdim, nazir müavini postunu tərk edirəm. İstefa ərizəmi kimə verəcəyimi belə bilmirəm. Son səkkiz ayda ölkəmizi daha yaxşı etməyə çalışdım, amma indi bacarmıram. Yalanların kök salmasını məhv etməliyik", - V.Karapetyan bildirib.
Xatırladaq ki, mayın 1-də deputatlar müxalifət lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyiblər. Baş nazir seçilməsi üçün Paşinyana 53 səs lazım olduğu halda onun lehinə 45 deputat səs verib. Bundan sonra o, tərəfdarlarını kütləvi genişmiqyaslı aksiyalar başlamağa çağırıb.
Hökumət başçısının namizədliyinə dair növbəti səsvermə mayın 8-də keçiriləcək.
Qeyd edək ki, bu gün Yerevanda kütləvi işçi tətili başlayıb, müxalifət ölkənin mərkəzi yollarını bağlayır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub