Ermənistan parlamentində bu günə nəzərdə tutulan növbəti iclas baş tutmayıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, buna yetərsayın əldə olunmaması səbəb olub.
Qeyd olunur ki, bugünkü iclas üçün 105 deputatdan yalnız 29-u qeydiyyatdan keçib. İclasın başlaması üçün 53 deputatın iştirakı vacibdir.
Müxalif "Tsarukyan" bloku bu həftə ərzində parlamentin işini boykot edəcəyini açıqlayıb.
Qeyd edək ki, ötən gün Nikol Paşinyanın baş nazir seçilə bilməməsi ilə əlaqədar onun tərəfdarları Yerevanda əsas yolları və küçələri bağlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub