Mynews.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, Ermənistanda hər şey başlandığı kimi "gözəl" bitməyə də bilər:
"Mayın 1-də Ermənistan parlamentində hakim Respublika partiyası Nikol Paşinyanın baş nazir təyin edilməsinin əleyhinə səs verib. Bundan sonra Paşinyan tərədalarını vətəndaş itaətsizliyinə çağırır və ölkəni tamamil iflic edəcəyi ilə hədələyir. Bütün bunların nə ilə nəticələyini demək hələlik çətindir. Hakim rejim nümayiş etdirdi ki, Serj Sarqsyanın istefasından sonra artıq geriyə addım atmaq niyyətində deyil və hakimiyyəti əldən verməyəcək. Eyni zamanda, Nikol Paşinyan da mübarizəsində dəfələrlə nümayiş etdirdiyi inadkarlığı ilə məşhurdur. Əgər hakim elitanın çoxlu "baş"ları varsa, etiraz edən hərəkatın yalnız bir "baş"ı var - bu, Paşinyandır.
## 647071## Xoşagəlməz erməni ənənəsini xatırlasaq, iş terror aksiyalarına gedib çıxa bilər.
Ermənistanın 1/4 əsrlik müstəqilliyi dövründə çoxlu sayda yüksək səviyyəli siyasətçilər, məmurlar və jurnalistlər qətlə yetirilib: respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin sabiq sədri, Ermənistan Dəmir Yollarının rəisi, İrəvan meri, İctimai Televiziyanın rəhbəri, DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti) vilayət şurasının sədri. Ermənistan Milli Məclisində spiker Karen Dəmirçiyanın, baş nazir vazgen Sarkisyanın, onlarla nazir və deputatın öldürülməsi çoxlarının yadındadır.
Bu siyasi qətllərin əksəriyyətinün üstü hələ də açılmayıb. Ermənilər adəti üzrə ölkədə hətta ən kəskin siyasi böhranlar zamanı piar aparır, özlərini dünyaya sivil mülki müqavimət nümunəsi kimi reklam edirlər. Amma hər şey başlandığı kimi "gözəl" bitməyə də bilər. Çünki xalq etirazını qanda boğmağa risk etməyə hakim elita rahat şəkildə yenidən erməni tarixində dəfələrlə olmuş ənənəvi terror hərəkətlərinə müraciət edə bilər. Fikrimcə, Paşinyan bunu məndən heç də pis bilmir. Ona görə də bundan sonra o, kütlə qarşısında zirehli jiletdə və mühafizəçilərin sıx əhatəsində çıxmağa başlasa, təəccüblənmərəm".
Xatırladaq ki, aprelin 13-dən İrəvanda "Yelk" fraksiyasının və son "inqilabi hərəkat"ın lideri Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar hələ də davam edir. Aprelin 23-də S.Sarqsyan vəzifəsindən istefa verib. Ötən gün isə Ermənistan parlamentində "Yelk" fraksiyasından namizədliyi irəli sürülən və ölkədəki son "inqilabi hərəkat"ın lideri Nikol Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Çünki onun əleyhinə 56 deputat səs verib.
Bundan sonra Nikol Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb. Buna cavab olaraq Paşinyan tərəfdarları onun çağırışı ilə İrəvanda hava limanı yolunu hər iki tərəfdən bağlayıblar.
Qeyd edək ki, qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik olaraq buraxılacaq və ölkədə erkən parlament seçkiləri keçiriləcək.
Mynews.az