Rusiyada "O bizim üçün çar deyil” şüarı altında keçirilən etiraz aksiyalarında azı 1000 nəfər saxlanılıb.
Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, saat 17.00-a olan məlumata əsasən, ən çox etirazçı – 574 nəfər paytaxt Moskvada saxlanılıb. Çelyabinskdə 164, Yakuskda – 75, Tolyattidə - 63, Sankt Peterbuqda – 53, Krasnodarda isə 49 etirazçı saxlanılıb.
Krasnoyarsk, Novokuznetsk, Kaluqa, Samara, Barnaul, Penza, Kemerovo, Voronej, Tver, Kurqan, Yekaterinburq, Blaqoveşensk və Tomskda da saxlanılanların olduğu bildirilir.
20:34
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində icazəsiz keçirilən etiraz aksiyasında polis Aleksey Navalnını saxlayıb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, saat 15:00-da Moskvada Puşkin meydanında razılaşdırılmamış aksiya başlayıb. A.Navalnı da aksiyaya qatılıb, ancaq tezliklə polis tərəfindən saxlanılıb.
Moskva polisi Rusiya paytaxtının Puşkin meydanında razılaşdırılmamış mitinq iştirakçılarından 300 nəfərin saxlanılması barədə məlumat yayıb.
Saxlanılanlar polis şöbələrinə çatdırılıblar.
Qeyd edək ki, bu gün Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları tərəfindən icazəsiz mitinqlər keçirilir.
Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı kimi təntənəli andiçmə mərasimi olacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub