Ermənistanda baş verən hadisələrin səbəbi, Paşinyanın dəstəklənməsi yox, erməni xalqının Sarkisyan rejimindən cana yığılmasıdır. Serj Sarkisyanın keçmiş silahdaşı olan Vladimir Paqosyan belə bir açıqlama verib. Hazırda avropadakı erməni diasporunun əsas simalarından biri olan Paqosyan bildirib ki, Ermənistanı bu vəziyyətə gətirən əsas səbəb Qarabağ klanı və Qarabağ münaqişəsidir.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Avropa erməni birlikləri forumunun vitse prezidenti, Ermənistan prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Vladimir Poqosyan Ermənistanda baş verənlərin Qarabağ məsələsi və Qarabağ klanı ilə birbaşa bağlı olduğunu bildirib. O, bildirib ki Ermənistanın yeganə nicat yolu hakimiyyətin bu klandan təmizlənməkdir. O Serj Sarkisyan başda olmaqla hökümətdəki bütün nazir və nazir müavinlərinin habs edilməsini və əmlaklarının müsadirə edilməsini tələb edib.
Vladimir Poqosyan, canlı yayında Nikol Paşinyanı hədələyərək bildirib ki, əgər bu addımları atılmasa Paşinyanın aqibəti də yaxşı olmayacaq.
Avropa erməni birlikləri forumunun vitse prezidenti Serj Sarkisyan başda olmaqla, hakimiyyətdə olan Qarabağ klanının xalqının boğazından kəsdiyi pulların hesabına xaricdə banklarda saxladıqları var-dövlətin siyahısını da açıqlayır. O bildirir ki, bu pullar Qarabağda həlak olan əsgərlərin pullarıdır.
Vladimir Poqosyan sonda hakimiyyətdə oaln qüvvəllərə və müxalifətə açıq ultumatum da verib. O bildirib ki, meydanlara axışan gənclərin erməni diaspor və lobbisinin nəzarətindədir. Xaricdəki erməni diasporunun istəkləri həyata keçirilməsə, hakimiyyətdə kimin olmağındna asılı olmayaraq həmin şəxsi devirəcək.