Adana şəhərində evə həbs edilərək, fahişəliyə cəlb edilən 3 qadın polislər tərəfindən xilas edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları aldığı məlumat əsasında bir neçə evə basqın edib.
Basqında 300 polis əməkdaşı cəlb olunub. Əməliyyat zamanı 2-si qadın olmaqla,18 şübhəli şəxsi saxlanılıb.
Bildirilir ki, Adana polisi əcnəbi vətəndaşların zorla fahişəliyə cəlb edilməsi barədə məlumatdan sonra 3 ay araşdırma aparıb. Bundan sonra 3 evdə əməliyyat keçirib. Əməliyyatda, axtarış aparılan mənzillərin birində 3 qadın tapılıb. Qadınların evlənmək vədi ilə Gürcüstandan gətirildiyi və "pitbul” cinsli itlərlə qorxudularaq fahişəliyə cəlb etdirildiyi məlum olub. Həmçinin polislər tərəfindən aparılan yoxlamalarda mənzillərdə 1 tapança, 3 tüfəng və bir dənə "pitbul" iti aşkarlanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub